- Övladınızın ayaqyolu vərdişləri
- Mətbəx dəsmalında gözlə görünməyən nələrsə var
- Şəxsi gigiyenanızı “Sun” yaş cib dəsmallarına etibar edin!
- Tualet kağızından istifadə etmədikdə nə baş verir?
Tualet kağızından istifadə etmədikdə nə baş verir?
• Bədənin müəyyən hissəsi nəm qalır ki, nəticədə göbələk xəstəliyinin törədicisi olan göbələklər yaranır.
• Göbələklər müxtəlif iltihablar və pis qoxu yaradaraq gün boyu özünüzü rahat hiss etmənizə mane olur.
• Orqanizmə stafilokok, streptokok, e-koli, bağırsaq çöpləri kim mikroblar daxil olur.
• Mikroblar orqanizmdə çoxalaraq dizenteriya ( qanlı ishal), vəba, qarın yatalağı, paratif ( qarın yatalağına oxşar yoluxucu mədə xəstəliyi) kimi bakterial və qorxunc xəstəliklərin təməlini qoyur.
• Bədəninizdə sizi narahat edəcək qaşınma yaranır.
Mikroblardan necə xilas olmaq olar?
Unutmaq olmaz ki, təmizliklə bir çox xəstəliklərin qarşısını almaq mümkündür. Hər şeydən əvvəl nəzərə almalıyıq ki, heç bir məkanda ayaqyolunda olduğu qədər mikrob mövcud deyildir. Buna görə də ayaqyolunda tualet kağızlarından istifadə vərdişlərini artırmaq lazımdır. Tualet vərdişlərinin düzgün şəkildə tətbiq edilməsi və tualet kağızının istifadəsi də şəxsi gigiyenada (təmizlik) mühüm rol oynayaraq, yoluxucu xəstəliklərin yaranmasının qarşısını alır. Əks təqdirdə isə, yəni, tualet kağızı istifadə etmədikdə müxtəlif iltihablı və infeksion xəstəliklər yaranır ki, nəticədə nəinki siz, eyni zamanda əhatənizdə olan insanlar da bu xəstəliklərə yoluxurlar. Tualet kağızı istifadə etmədikdə, əllərdə və dırnaqların arasında müxtəlif mikroblar yığılıb qalır ki, bu da sonradan hər yerə daşınaraq, ətrafımıza bu qorxunc bakteriyalardan ibarət xəstəlikləri yayır. Bundan əlavə, ayaqyolunda yalnız su istifadə etdikdə bədənin müvafiq hissələri nəm qalır ki, bu da sonradan orqanizmdə bir sıra bakterioloji göbələklərin yığılıb qalması ilə müalicəsi çox çətin olan göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Nəticədə qaşınma baş verir, pis qoxu yaranaraq, həm sizin üçün böyük narahatlıq yaradır, həm də ətrafınızdakı insanları sizdən uzaqlaşdırır. Bütün bunların baş verməsinin qarşısını almaq üçün ayaqyolunda aşağıdakı qaydalara riayət etməlisiniz:
• Oturacağınız yeri tualet kağızı ilə yaxşıca təmizləməli, ehtiyac olduğu təqdirdə üzərinə tualet kağızı qoymalısınız.
• Ayaqyolunda əvvəlcə yaxşıca yuyunmalı, sonra isə tualet kağızı ilə qurulanmalısınız.
• Ən sonunda isə əllərinizi sabunla yaxşıca yumağı unutmamalısınız.

