- Övladınızın ayaqyolu vərdişləri
- Mətbəx dəsmalında gözlə görünməyən nələrsə var
- Tualet kağızından istifadə etmədikdə nə baş verir?
Övladınızın ayaqyolu vərdişləri
“Sun paper “ tualet kağızının əvəzolunmaz yumşaqlığı övladınızın ayaqyolu vərdişlərini qavramağına kömək olacaq.
Vaxt
Övladınıza ayaqyolu vərdişlərini öyrətmək üçün ən münasib vaxt, onun buna hazır olduğunu hiss etdiyiniz vaxtdır. Pensilvaniya Uşaq Klinikasının apardığı bir araşdırmanın nəticəsinə görə qız uşaqları 3 yaşında, oğlan uşaqları isə onlardan 3 ay sonra ayaqyolu vərdişlərinə yiyələnirlər. Bir valideyn olaraq sizin arxayın və sakit davranış nümayiş etdirməniz övladınızın bu vərdişləri qavramağına kömək olacaqdır.
Güvəc seçimi
Övladınızın güvəcə oturarkən ayaqlarının yerə dəyməsi onun hərəkətdə dayaq almasını asanlaşdırır. Buna görə də güvəc seçilərkən uşağın yaşı, çəkisi və boyu nəzərə alınmalıdır.
Adəti Davranışlar
Yeməkdən sonra və hamamdan əvvəl övladınızı güvəcə bezsiz oturdurun. Bunda məqsəd onun qorxmadan güvəcə oturmasını təmin etmək, bunu bir vərdiş halına gətirməkdir. Güvəci onun özünü ən rahat hiss elədiyi bir yerə qoya bilərsiniz.
Əsas məlumatlar
Bağırsaqların işini övladınıza ən sadə bir dillə başa salın. Bayıra gedəndə bezini güvəcə boşaldın, tualet kağızında istifadəni ona göstərin. Sifonu çəkdikdən sonra əllərinizi birgə yuyun və onu həvəsləndirməklə ürəkləndirin.
Vərdişlərin formalaşması
Övladınızın ayaqyolu vərdişlərinin formalaşdığı dövrdə yerini islatması təbii bir haldır. Bu zaman sizin anlayış nümayiş etməniz övladınızın səhvlərdən daha tez nəticə çıxarmasına səbəb olacaqdır.

