az | en | ru | tr
Xəbərlər

SUN PAPERDƏN DAHA BIR KOLLEKSIYA

 

İyun ayında Albalı, Üzüm və Göyərçin kolleksiyası bazara təqdim edildi

 

Bu gün gigiyenik kağızlarının daxil olmadığı bir ev təsəvvür etmək çətindir. Xüsusilə də son illərdə gigiyenik kağız istehlakı dünya üzrə əvvəlki illərə nisbətən dəfələrlə artmışdır. Üstəlik gigiyenik kağız bazarının inkişaf dinamikası çox yüksəkdir. Bu faktı super marketlərdə eyni markanın, hətta eyni məhsulun müxtəlif çeşidləri bir daha sübut edir. Üzərində ən kiçik naxışlardan tutmuş, rəngbərəng, hətta şəkillərin belə olduğu salfetlər artıq istehlakçını təəccübləndirmir, əksinə onu daha seçici davranmağa məcbur edir.   


Dünya üzrə müşahidə edilən bu tendensiyanı Azərsun Holdinq MMC də diqqət mərkəzində saxlayır. Belə ki, bazara təqdim edilən kağız məhsulların qablaşdırılması və çeşidlərini mütəmadi olaraq yeniləyən Marketinq Departamenti Kağız Qrupu 08.06.2009 tarixində növbəti yeniliklərlə əlaqədar Satış komandası ilə görüşdü. Görüşdə əsas məqsəd bazara yeni təqdim edilə Sun Paper göyərçin, albalı və üzüm kolleksiyalarını satış təmsilçilərinə təqdim etmək idi.


Marketinq departamenti Kağz məhsul qrupundan Sara Rzayeva və Eda Salman yeni, Sun Paper kolleksiyasının yaradılmasında məqsəd, yeni kolleksiyanın marketlərdə rəf düzülüşü, topdan və pərakəndə satış qiyməti haqqında məlumat verərək satış təmsilçilərini maraqlandıra sualları cavablandırdılar. Yeni məhsulların tərkibi, yumşaqlığı və istehsalda tətbiq edilən digər yeniliklərlə əlaqədar isə Araşdırma və Təkmilləşdirmə Departamenti keyfiyyətə nəzarət üzrə mütəxəssis Leyla Babayeva ətraflı məlumat verdi. 

 

Qeyd edək ki, yeni Sun Paper kolleksiyasına artıq iyun ayından etibarən marketlərdə rast gəlmək mümkünüdür.  

 

 

Əvvəlki Sonrakı