az | en | ru | tr
Sun Paper

“SUN paper” markası 1997-ci ildə “Qafqaz Kağız Sənaye MMC” - nin məhsullarının ilk brendi kimi yaradılıb. 1997-ci ildən bu günə kimi müxtəlif dizaynlarda loqo mükəmməlləşdirilərək bugünkü səviyyəyə çatıb.


“SUN” sözü ingilis dilindən tərcümədə “günəş”, “paper” isə kağız mənasına gəlir. Bu ise bizim ümumi korporativ şirkətimizin “SUN Group” adı ilə bağlıdır. “SUN paper” markası Azərbaycan Təmizlik Kağızı bazarına ilk daxil olan markalardan biri kimi artıq öz mövqeyini möhkəmlədib.


“SUN paper” markası bu günə kimi alt və orta seqmentdəki insanlara, istehlakçılara yönəlmiş bir marka olaraq fəaliyyət göstərirdi. 2007-ci ildən etibarən “SUN paper” markasının məhsul çeşidlərinin, yəni, portfelinin genişliyini, kağız xammalının daha da keyfiyyətli olmasını nəzərə alaraq onu daha üst seqmentə çəkilməsinə qərar verildi və bazara “Müasir həyatın ehtiyacı ” sloqanı ilə birlikdə təqdim olundu. Yəni müasirliyə önəm verən, müasir və rahat yaşamağa yönələn, gigiyena və ailəsinin sağlamlığını düşünən insanların gündəlik həyatları “SUN paper” ilə daha rahat, şən və sağlam olacaq.


“SUN paper” markasının özəlliklərindən biri də onun həm gündəlik istifadə üçün, həm də sənaye, yəni HoReCa (hotel, restoran, kafe və s.) sektoru təmizlik kağızı məhsullarının müxtəlif ölçülərdə, rənglərdə ev və iş yerləri üçün sərfəli kağız dəsmallar, qutu dəsmallar, cib dəsmalları, mətbəx dəsmalları, tualet kağızı mövcud olmasıdır.


İstehsal

Azərbaycanın və regionun ən böyük təmizlik və gigiyenik kağız məmulatları istehsal edən müəssisələrindən biri olan - “Qafqaz Kağız Sənaye” MMC, 1997-ci ildə “Azersun Holding” Şirkətlər Qrupunun tərkibində təsis edilmiş, 10 nəfər işçi qüvvəsi və 4 ədəd dəzgah ilə fəaliyyətə başlamışdır. Təmizlik və gigiyenik kağız məhsullarına daim artan tələbat, bu sahədə inkişafın bünövrəsini qoymuşdur və 2005-ci ildə aparılan yenidənqurma işləri nəticəsində müəssisə yeni, müasir avadanlıqla təchiz edilmiş və istehsal gücünü artırmışdır. Yeni texnologiyaların tətbiqi nəticəsində Kağız Dəsmalı fabriki istehsal gücünü illik olaraq 2500 tona çatdırmağa nail olmuşdur. Həmin ilin aprel ayından “Qafqaz Kağız Sənaye” MMC ayrıca müəssisə kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda Kağız Dəsmalı fabrikin iş sahəsi 700 m2 - dən 6000 m2 - dək genişlənmişdir.


Hazırda fabrik hər növ kağız dəsmalı, tualet kağızı, qutu və mətbəx dəsmalları istehsal etmək gücünə malikdir. Bu gün yüksək ixtisaslı işçilərin çalışdığı müəssisə ölkənin dəsmala olan tələbatının mühüm hissəsini ödəməyə qadirdir.


“Qafqaz Kağız Sənaye ” MMC, keyfiyyətli məhsul istehsalının sübutu kimi 2005-ci ilin oktyabr ayında İSO - 9001 keyfiyyət sistemi sertifikatını qazanmışdır.